Türkiyədə yanğın qurbanlarının sayı artdı

 18:43 21.06.2024     177

Türkiyənin Diyarbəkir və Mardin vilayətlərində baş vermiş yanğınlarda həyatını itirənlərin sayı 11 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “X” hesabında etdiyi paylaşımda açıqlayıb.

O qeyd edib ki, yanğından 78 nəfər zərər çəkib.

Nazir bildirib ki, Diyarbəkirlə Mardin sərhədindəki kəndlərdə baş verən bu yanğınlar səbəbindən hazırda Diyarbəkirdə 5 nəfər reanimasiyaya yerləşdirilib.

Xatırladaq ki, ötən gün Türkiyənin Diyarbəkir vilayətinin Çinar, Mardin vilayətinin Mazıdagı rayonları arasındakı əkin sahəsində yanğın olub. Ən son məlumatda hadisə nəticəsində 5 nəfərin öldüyü, 44 nəfərin xəsarət aldığı bildirilirdi.