Bu ölkədə quş qripi epidemiyası AŞKAR EDİLDİ

 21:06 21.06.2024     255

Qabonda quş qripi epidemiyası baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına istinadən məlumat yayıb.

Librevil quşçuluq bazarında quş qripinin "H5N1" ştammı ilə yoluxma mənbəyi aşkar edilib. Hələlik səlahiyyətlilər yoluxmuş quşların hansı fermadan gəldiyini müəyyən edə bilməyiblər. 

Yusif EYVAZLI