Dünyanın ən bahalı şirkətinin DƏYƏRİ DÜŞDÜ

 21:12 21.06.2024     199

Prosessor istehsalçısı "Nvidia"nın dünyanın ən dəyərli şirkəti statusunda qalması uzun sürməyib. 

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Həftənin əvvəlində ilk dəfə "Microsoft" və "Apple"ı geridə qoyan yarımkeçirici nəhəngin səhmləri bir neçə gün ərzində 7 faiz ucuzlaşaraq kəskin ucuzlaşıb.

Nəticədə 3,3 trilyon dollara çatan "Nvidia"nın bazar dəyəri 200 milyard dollardan çox azalıb.

Treyderlər qeyd edirlər ki, eniş üçün heç bir fundamental səbəb yoxdur. 

Yusif EYVAZLI