Ukraynanın hər yerində hava hücumu XƏBƏRDARLIĞI

 21:27 21.06.2024     252

Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu əhalini xəbərdar etmək üçün rəsmi resursun məlumatları sübut edir.

Saat 20:18-də Kiyevdə həyəcan siqnalı verilib və bir dəqiqə ərzində havadan təhlükə barədə xəbərdarlıq bütün regionlara yayılıb.

Yusif EYVAZLI