"Ukrayna hakimiyyəti polis dövləti qurmaq istəyir" - Deputat

 22:43 21.06.2024     192

"Ukrayna hakimiyyəti ölkədə hərbi polisin yaradılması haqqında qanun layihəsinin qəbulu ilə polis dövləti qurmaq istəyir".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu fikri Ali Radanın eks-spikeri, hazırda deputat olan Dmitri Razumkov deyib.

"Bu həftə Ali Rada hərbi polis haqqında qanun layihəsini nəzərdən keçirdi. Bu, yaxşı addır, amma mahiyyət etibarilə, hakimiyyət polis dövləti qurmaq istəyir", - deyə o bildirib.

Deputatın sözlərinə görə, Ukraynada həm hərbçilərə, həm də mülki şəxslərə qarşı yönələcək repressiv mexanizm yaradılır, ona görə ki, qanun layihəsinin hərbi polisin hərbi qulluqçular və onların qohumları ilə işləyəcəyi ilə bağlı mətni  çox qeyri-müəyyəndir. Bu gün ölkədə hər kəsin bir dostu, tanışı, qohumu var - buna görə də hərbi polis hər kəsə toxuna bilər.

Ukraynada hərbi polisin yaradılması ilə bağlı qanun layihəsi mayın sonunda parlamentdə qeydə alınıb. Yeni qurumun vəzifələri fərarilərin axtarışı və məsuliyyətə cəlb edilməsi, həmçinin Müdafiə Nazirliyi, Ukrayna Silahlı Qüvvələri və Dövlət Xüsusi Nəqliyyat Xidmətində asayişi və nizam-intizamı təmin etmək olacaq. 

Yusif EYVAZLI