Ukraynaya 50 milyard dollar kredit: Vəsaitin böyük hissəsini Aİ ölkələri təmin edəcək

 23:04 21.06.2024     238

Avropa İttifaqı ölkələri Ukrayna üçün 50 milyard dollar məbləğində kredit üçün tələb olunan vəsaitin 60%-ə qədərini təmin etməyi planlaşdırır.

Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, bunu İtaliyanın iqtisadiyyat və maliyyə naziri Cankarlo Giorgetti deyib.

Rəsmiyə görə, Aİ ölkələri kreditin ümumi məbləğinin 50-60%-ini verəcək.

"ABŞ, Kanada, Yaponiya və Böyük Britaniya üçün səhmləri müzakirə etməyə başlayacağıq", - Giorgetti bildirib.

Qeyd edək ki, belə bir bəyanat Aİ ölkələrinin Ukraynaya 50 milyard dollarlıq kreditin verilməsində birbaşa iştirak etməyəcəyini əsas gətirən İtaliyanın Baş naziri Giorgia Meloninin sözləri ilə ziddiyyət təşkil edir.

Xatırladaq ki, “Böyük Yeddilik” liderləri ötən həftə keçirilən sammit zamanı Ukraynaya 50 milyard dollar məbləğində kredit ayırmağa razılaşıblar.

Onlar Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Qərb ölkələrində dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə edərək bunu ödəməyi planlaşdırırlar.

Onlar 2024-cü ilin sonuna qədər vəsaiti Ukraynaya köçürmək niyyətindədirlər.

Turan İSMAYIL