Mağazada atışma - 2 ölü, 8 yaralı var

 23:22 21.06.2024     299

Amerikanın Fordays şəhərində (Arkanzas ştatı) atışma nəticəsində azı 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" polisə istinadən məlumat yayıb.

Hadisə ərzaq mağazasında baş verib. Atıcının həbs zamanı yaralandığı qeyd edilir. Digər təfərrüatlar hələlik verilməyib.

Turan İSMAYIL