Ukraynanın Polşadakı səfiri tutduğu vəzifədən azad edildi

 23:39 21.06.2024     226

Ukraynanın Polşadakı səfiri Vasili Zvariç tutduğu vəzifədən azad edilərək Çexiyaya səfir təyin edilib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Ukrayna prezidentinin saytında dərc edilmiş fərmanlar sübut edir.

Polşaya yeni səfirin təyin edilməsi ilə bağlı hələlik heç bir fərman yoxdur.

Ukraynanın “Evropeyskaya Pravda” nəşrinin məlumatına görə, Ukraynanın Çexiyadakı səfiri postu 2022-ci ilin iyulundan, Yevgeni Perebeynos vəzifəsindən azad edildikdən sonra boşdur.

Yusif EYVAZLI