Çin Baş naziri almaniyalı nazirlə görüşdən imtina etdi

 09:18 22.06.2024     191

Çin Dövlət Şurasının Baş naziri Li Tsyan Almaniyanın vitse-kansleri, İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habeklə görüşdən imtina edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Welt” nəşri Almaniyanın nümayəndə heyətindəki mənbələrə istinadən məlumat yayıb.

“Vitse-kansler Robert Habek (Yaşıllar Partiyası) Çinə səfəri zamanı vacib görüşü ləğv etmək məcburiyyətində qalıb. Baş nazir Li Tsian ilə şənbə günü gözlənilən görüş baş tutmayacaq”, - nəşr yazıb.

Pekin, Şanxay və Hançjoudakı həmkarları ilə görüşmək üçün cümə günü Çinə gələn Habek özü Li ilə görüşün niyə baş tutmayacağı barədə heç bir fikri olmadığını söyləyib.