“ABŞ-nin hərbi gəmisi Putinin Pxenyana səfərindən sonra Cənubi Koreyada göründü
Amerika Birləşmiş Ştatlarının " Teodor Ruzvelt " nüvə təyyarədaşıyan gəmisi Cənubi Koreyanın Busan şəhərinin limanında peyda olub.
Redaktor.az “lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə Koreya Respublikasının Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Qeyd olunub ki, gəmi cənub-şərqdə yerləşən Busan dəniz limanına Şimali Koreyanın artan təhdidlərinə qarşı güc nümayişi çərçivəsində gəlib.
Həmçinin sözügedən gəmini iki “Aegis” ilə təchiz edilən esmines müşayiət edib.
“Teodor Ruzvelt” gəmisi 2023-cü ilin noyabrından bəri ilk dəfədir ki, Cənubi Koreya limanına gəlib.
Yusif SƏMƏDZADƏ