İsrail ordusu HƏMAS-ın liderlərindən birini öldürdü

 17:09 22.06.2024     168

Livanda HƏMAS və "Əl-Cəmaə əl-İslamiyyə" qruplaşmasının liderlərindən biri Ayman Qatma İsrail Müdafiə Ordusunun hava hücumu nəticəsində öldürülüb.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, Qatma HƏMAS-ın və "Əl-Cəmaə əl-İslamiyyə" qruplaşmasının silah təchizatına cavabdeh şəxs olub.