Bu ölkədə koronavirusa yoluxma sayında artım var

 18:19 22.06.2024     194

Yunanıstanda koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin sayında artım olduğu bildirilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatı (EODY) həftəlik hesabat dərc edib.

Qeyd edilib ki, 10-16 iyun tarixləri arasında “COVİD-19” epidemiyası səbəbiylə xəstəxanaya yerləşdirilən xəstələrin sayı 324 nəfər olub. Bununla yanaşı, həmin tarix ərzində 5 nəfər dünyasını dəyişib, 12 nəfər intubasiya olunub. Əvvəlki dörd həftə ərzində xəstəxanaya yerləşdirilmələrin sayı 166 idi.