Həcc ziyarəti zamanı 31 misirli həlak olub
Misirin Həcc missiyası 2024-cü ildə Məkkə və Mədinəyə gedən zəvvarlar arasında 31 ölüm faktını qeydə alıb.
Redaktor.az xəbər verir ki, bunu Misirin Baş naziri Mustafa Madbouli ölkə prezidenti Əbdülfəttah əs-Sisinin sərəncamı ilə yaradılmış böhran komissiyasının iclasında çıxışı zamanı bildirib.
“Bu il Misirli zəvvarların ümumi sayı 50 min nəfəri ötüb", - o qeyd edib.
Daha əvvəl AP xəbər agentliyi azı Misirdən 300 nəfərin öldüyünü, lakin onların bir çoxunun həcc ziyarətini qeyri-qanuni yerinə yetirdiyini açıqlayıb.