Pakistan genişmiqyaslı antiterror əməliyyatına BAŞLADI
Pakistanın Baş naziri Şahbaz Şərif yeni genişmiqyaslı antiterror kampaniyasını təsdiqləyib.
Redaktor.az xəbər verir ki, bu barədə Pakistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, iyunun 22-də 2014-cü ildən ölkədə antiterror siyasətini əlaqələndirən orqan olan Milli Fəaliyyət Planının icrası üzrə mərkəzi ali komitənin iclası keçirilib.
Baş nazirin sədrliyi ilə keçirilən iclasda əsas nazirlər, eləcə də terror problemindən ən çox zərər çəkən regionların rəhbərləri iştirak edib.
“Baş nazir Azm-e-İstehkam (Urdu dilində həll və sabitlik - Qeyd) əməliyyatına başlamaqla yenilənmiş və daha aktiv milli terrorla mübarizə kampaniyasını təsdiqləyib”, - deyə məlumatda bildirilir.
Vurğulanıb ki, bu əməliyyat müxtəlif antiterror proqramlarını vahid nəzarət və koordinasiya altına almağa imkan verəcək və ekstremistlərə qarşı mübarizədə qonşu ölkələrlə koordinasiya üçün diplomatik səylər gücləndiriləcək.
Eyni zamanda müntəzəm olaraq antiterror əməliyyatları keçirən hərbi qulluqçular bütün hüquq-mühafizə orqanlarının tam dəstəyini alacaqlar.