Qəzzada həlak olan fələstinlilərin sayı 37 598 nəfərə çatıb

 16:46 23.06.2024     250

Son sutka ərzində Qəzza zolağında 47 fələstinli ölüb, daha 121 nəfər yaralanıb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Beləliklə, İsrail Ordusunun 2023-cü ilin oktyabrından Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 37 598 nəfərə, yaralananların sayı 86 032 nəfərə çatıb.