Polis iki tondan çox kokain ələ keçirdi

 23:02 23.06.2024     197

Ekvadorun hüquq-mühafizə orqanları cinayətkarların İspaniyaya göndərməyi planlaşdırdıqları 2 tondan çox kokain müsadirə ediblər.

Redaktor.az-ın məlumatına görə, bu barədə ölkə polisi X sosial şəbəkəsində məlumat yayıb.

Belə ki, El-Oro limanında ixrac üçün nəzərdə tutulan malların olduğu konteynerə baxış zamanı 2 tondan çox kokain aşkarlanıb. Faktla bağlı bir nəfər saxlanılıb.