Tramp artıq özünün vitse-prezidentini seçib

 15:42 24.06.2024     184

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından Ağ Evin rəhbəri vəzifəsinə namizəd Donald Tramp seçiləcəyi təqdirdə kimin vitse-prezident olacağına qərar verib.

Redaktor.az xəbər verir ki, barədə Tramp yerli telekanala verdiyi müsahibəsində danışıb.

Trampın vitse-prezidenti hazırkı ABŞ lideri, Demokratlar Partiyasının namizədi Co Baydenlə iyunun 27-də keçiriləcək debatda iştirak edəcək.

"Bəli, o, orada olacaq (debatda - red.). Düşünürəm ki, ora çoxlu insan gələcək", - Tramp bildirib.

Tramp kimin namizədliyini seçdiyini heç kimə deməyib. Mənbələr onun Şimali Dakota qubernatoru Duq Berqam, Ohayo senatoru Ceyms Devid Vens və Florida senatoru Marko Rubio arasında seçim etdiyini bildirib.