Lotereyada 18 milyona yaxın uddu - Pulunu götürmədi

 19:36 24.06.2024     256

Nijni Novqorod sakini lotereyada 18 milyon rubla yaxın udub və onu çıxarmayıb.

Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, ümumilikdə rusiyalı 17,7 milyon rubl alıb. Onun mobil proqramda 60 rubla lotereya bileti aldığı qeyd olunur.

Püşkatmanın nəticələri bazar günü, iyunun 23-də açıqlanıb. Lakin kişi hələ də meydana çıxmayıb və mükafatını götürməyib.

Yusif EYVAZLI