Mahaçqala və Dərbənddə terror aktları törədənlərin KİMLİYİ

 19:43 24.06.2024     177

Mahaçqala və Dərbənddə terror aktları törədən 5 yaraqlının şəxsiyyəti müəyyənləşib.

Redaktor.az xəbər verir ki, Hüquq-mühafizə orqanlarından TASS-a verilən məlumata görə, onlardan üçü Dağıstanın Serqokalinski rayonunun rəhbərinin qohumları olub.

Bundan əvvəl Milli Antiterror Komitəsinin informasiya mərkəzi Dağıstanda keçirilən antiterror əməliyyatı zamanı beş yaraqlının məhv edildiyi barədə məlumat yayıb. Regionun rəhbəri Sergey Melikovun jurnalistlərə verdiyi məlumata görə, ləğv edilənlərin bir hissəsi respublikanın Serqokalinski rayonundan gəlib və orada terror aktlarından sonra istintaq-əməliyyat tədbirləri aparılır. Öldürülən yaraqlılar arasında yaxınları da olan rayon rəhbəri Maqomed Ömərov saxlanılıb.

“Mahaçqalada öldürülənlər arasında 1981-ci il təvəllüdlü Dalqat Daudov, 1992-ci il təvəllüdlü Abdusaməd Amadziev və 1993-cü il təvəllüdlü Osman Ömərov da var”, - agentliyin həmsöhbəti bildirib.

Həmsöhbətin sözlərinə görə, Ömərov Dağıstanın Serkoqalinski rayonunun rəhbəri Maqomed Ömərovun oğludur.

Yusif EYVAZLI