Dağıstan hakimiyyəti onlara 50 milyon vəsait AYIRDI

 20:01 24.06.2024     171

Dağıstan hakimiyyəti Mahaçqala və Dərbənddəki terror aktları nəticəsində həlak olanların və yaralananların ailələrinə yardım göstərmək üçün 50 milyon rubl ayırıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə vilayət hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Dağıstan hökuməti Mahaçqala və Dərbənddəki terror aktları nəticəsində həlak olanların ailələrinə və zərər çəkmiş vətəndaşlara kömək üçün 50 milyon rubl ayırıb”, - deyə məlumatda bildirilir.

Yusif EYVAZLI