Son 20 ildə iri meşə və çöl yanğınlarının tezliyi iki dəfə artıb - ARAŞDIRMA

 21:13 24.06.2024     163

Avstraliyalı klimatoloqlar 2003 və 2023-cü illər arasında böyük meşə və çəmənlik yanğınlarının tezliyinin ən azı iki dəfə artdığını və ən böyük artımın son altı-yeddi ildə baş verdiyini aşkar ediblər.

Redaktor.az xəbər verir ki, alimlərin tapıntıları "Nature Ecology & Evolution" elmi jurnalında dərc olunan məqalədə dərc olunub.

“Bizim hesablamalarımız göstərdi ki, son iki onillikdə həddindən artıq meşə yanğınlarının tezliyi iki dəfədən çox artıb, eləcə də bu yanğınların miqyası mülayim zonanın tayqalarında və iynəyarpaqlı meşələrində kəskin şəkildə dəyişib. Əvvəllər böyük həcmdə karbonun saxlandığı bütün bu proseslər Yerin iqliminin necə dəyişdiyini əks etdirir”, - tədqiqatçılar yazır.

Meşə yanğınlarının artım dinamikasını Tasmaniya Universitetinin (Avstraliya) professoru David Bowmanın başçılıq etdiyi bir qrup avstraliyalı klimatoloqlar 2003-cü ildən Yer kürəsində meşə yanğınlarının müşahidələri zamanı Terra və Aqua peykləri tərəfindən toplanmış məlumatları təhlil edərkən izləmişlər. Alimlər bu müddət ərzində Yer kürəsində temperaturun necə yüksəldiyini və digər iqlim dəyişikliklərinin baş verdiyini nəzərə alaraq, bu əsrin əvvəllərindən bu yanan yanğınların miqyasının və tezliyinin necə dəyişdiyi ilə maraqlanıblar.

Professor Bowman və onun həmkarlarının qeyd etdiyi kimi, bu tendensiya tədqiqatçıları xüsusilə narahat edir, çünki Yerin bu şimal iqlim bölgələrində keçmişdə nadir hallarda geniş miqyaslı meşə yanğınlarına məruz qalan üzvi maddələrin xüsusilə böyük ehtiyatları var. Onların məhv edilməsi qlobal istiləşməni və bununla əlaqədar planetin ekosistemlərinin fəaliyyətində dəyişiklikləri daha da sürətləndirə bilər, klimatoloqlar belə qənaətə gəliblər.

Yusif EYVAZLI