"Asiya Əməkdaşlıq Dialoqu ölkələri Qəzzada sülh tələb etməlidir" - İran XİN

 21:40 24.06.2024     159

"Asiya Əməkdaşlıq Dialoqu (ACD) ölkələri Qəzza zolağına sülh tələb etmək üçün birlikdə çalışmalıdırlar".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kaninin Asiya Əməkdaşlıq Dialoqunun nazirlərin 19-cu görüşünə həsr olunmuş məqaləsində deyilir. 

“Fələstində humanitar fəlakət səkkiz aydan artıqdır ki, davam edir və bir hökmranlıq sistemi ilə maneə törədilmiş beynəlxalq ictimaiyyət günahsız insanlara, xüsusilə də qadınlara və uşaqlara qarşı hücumları dayandıra bilmir. Bu istiqamətdə kollektiv səylər göstərmək vacibdir.".

Yusif EYVAZLI