Tramp həbsxanada işgəncə gördüyünü iddia etdi

 23:57 24.06.2024     241

ABŞ-nin sabiq prezidenti Donald Tramp 2023-cü ildə Atlanta həbsxanasında “işgəncələrə məruz qaldığını” deyib. 

Redaktor.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.

Xatırladaq ki, keçən ilin avqustda Tramp rəsmi həbs üçün Fulton qraflığının həbsxanasına göndərilib.

Trump ittiham olunduqdan sonra ona qarşı qeyri-etik və zorakı rəftar edildiyini deyib:

“İstəyirəm ki, onların mənə etdiklərini xatırlayasınız. mənə işgəncə verdilər və bundan sonra icazəsiz şəkillərimi çəkdilər”.