ABŞ-də polis 545 nəfəri öldürdü

 09:27 25.06.2024     185

2024-cü ilin ilk günündən ABŞ-də polis tərəfindən 545 nəfər öldürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə "report" polis zorakılığına dair bazaya (mappingpoliceviolence.us) istinadən məlumat yayıb.

Belə ki, bu ilin ilk 5 ayında yalnız 9 gün ərzində polis qətli hadisəsi qeydə alınmayıb. 2023-cü ildə polis tərəfindən öldürülən insanların sayı 1 247 olub və onlardan 27 faizi qaradərili idi. Son 10 ildə polisin törətdiyi ən çox qətl hadisəsi 2023-cü ildə qeydə alınıb və 2024-cü ilin ilk 5 ayındakı göstəricilər artım tendensiyasını göstərir.

Beləliklə, 2013-2023-cü illər arasında polis tərəfindən törədilən qətllərin 98,1 faizi üçün polis əməkdaşları cinayət məsuliyyətinə cəlb olunmayıb. 2023-cü ildə ən çox polis qətli Nyu-Meksiko ştatında baş verib. Ümumilikdə, 2013-cü ildən bu günə qədər polis 12 910 nəfəri öldürüb.