Amerika səfiri Çin hakimiyyətini ittiham etdi

 09:57 25.06.2024     199

“Pekin iki ölkə vətəndaşlarının əlaqələr qurmasına mane olur”.

Redaktor.az xəbər verir ki, bu fikirləri ABŞ-nin Çindəki səfiri Nikolas Börns “The Wall Street Journal”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Çin hakimiyyəti iki dövlətin vətəndaşları arasında münasibətlərin qurulmasına mane olur. 

Nikolas Börns fikrinin davamında bu sözləri qeyd edib:

“Çin tərəfi iddia edir ki, iki ölkə əhalisi arasında münasibətlərin bərpasına tərəfdardır. Lakin qarşı tərəf bunun əksini edən göstərən radikal tədbirlər həyata keçirilir”.

Səfir həmçinin əlavə edib ki, Amerikanın ölkədə təşkil etdiyi tədbirlərə qatılan Çin vətəndaşları yerli hakimiyyət orqanları tərəfindən təhdid və sorğu-suallara məruz qalır.

Yusif SƏMƏDZADƏ