Tullantıdan ucuz enerji əldə OLUNDU

 13:55 25.06.2024     264

Sibir Federal Universitetinin alimləri müxtəlif tullantılardan ucuz enerji istehsalı texnologiyası hazırlayıb.

Redaktor.az “TASS”a istinadla xəbər verir ki, adıçəkilən universitetin alimləri müxtəlif növ tullantılardan ucuz elektrik enerjisi istehsalı texnologiyası hazırlamağı bacarıb.

Bildirilir ki, enerji üçün istifadə olunacaq xammal kömür və neft zavodlarının məhsulları, bərk məişət tullantıları, avtomobil təkərləri və müxtəlif sənaye sahələrinin tullantılarından ibarətdir.

Həmçinin alimlərin araşdırmasına görə, tullantıların oksigenlə yanması zamanı oksigen konsentrasiyasının artırılması yanacağın dayanıqlığını və yanma intensivliyini yaxşılaşdırır.

Yusif SƏMƏDZADƏ