Kallasın təyinatı dünyanı üçüncü dünya müharibəsinə doğru aparacq - Fransalı siyasətçi

 15:39 25.06.2024     191

“Estoniyanın baş naziri Kay Kallasın Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri vəzifəsinə mümkün təyinatı dünyanı üçüncü dünya müharibəsinə doğru sövq edəcək”.

Redaktor.az xəbər verir ki, bu fikirləri fransalı siyasətçi, “Fransa Vətənpərvərlər” Partiyasının lideri Florian Flippot “X” sosial şəbəkə hesabında paylaşım ilə çıxış edib.

Siyasətçi qeyd edir ki, Kaja Kallas Avropa Birliyinin Ukrayna üçün kollektiv sursatlar alması və müdafiə sənayesi üçün istiqrazlar buraxmasını istəyir. Həmçinin o, vahid “Avropa ordusu”nun yaradılması istiqamətində Avropanın müdafiəsi üzrə komissarı postunu yaradılmasını hədəfləyir.

Flippot əlavə edir ki, Kallas Ukraynada sabitliyin qarşısını almaq və üçüncü dünya müharibəsini yaxınlaşdırmaq niyyətindən çıxış edəcək. 

Yusif SƏMƏDZADƏ