"Rusiyaya qarşı yeni sanksiya paketi bumeranq olacaq" - Peskov

 16:02 25.06.2024     148

“Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiya paketi təşəbbüs buna təşəbbüs göstərən ölkələrə bumeranq olacaq”.

Redaktor.az “lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib .

Onun sözlərinə görə, Aİ-nin yeni sanksiyaları Avropa blokuna xeyir verməyəcək:

“Rusiya hakimiyyəti Qərb ölkələrinin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi bütün sanksiyaları qanunsuz hesab edir və biz bunun qəti əleyhinəyik”.

Yusif SƏMƏDZADƏ