Ursula fon der Lyayen yenidən Avropa Komissiyasının rəhbəri olacaq

 16:20 25.06.2024     206

Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət və hökumət başçıları Ursula fon der Lyayenin ikinci müddətə Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizədliyinin irəli sürülməsi barədə razılığa gəliblər.

Redaktor.az xəbər verir ki, xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb. 

Həmçinin agentlik qeyd edib ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi postuna Estoniyanın Baş naziri Kayu Kallasın namizədliyinin irəli sürülməsi qərara alınıb.