Hakan Fidan erməni həmkarı ilə telefonla DANIŞDI

 17:26 25.06.2024     231

Türkiyənin xarici işlər naziri Hakan Fidan ermənistanlı həmkarı Ararat Mirzoyanla telefon danışığı aparıb.

Redaktor.az  xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri diplomatik mənbələrə istinadən məlumat yayıb.

Telefon danışığı zamanı Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması məsələsi müzakirə olunub.

Nazirlər, həmçinin regional məsələləri də müzakirə ediblər.