Keniyadakı iğtişaşlarda Barak Obamanın bacısı YARALANDI

 17:52 25.06.2024     231

Keniyada polislər və vergi artımına qarşı etiraz edən əhali arasında toqquşma yaşanıb.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki,polis qüvvələri rezin güllələrlə etirazçılara atəş açıb. Həmçinin gözyaşardıcı qazdan da istifadə edilib.

Nümayişçilər büdcə layihəsinə səsvermənin keçirildiyi Nayrobidəki parlament binasının qarşısına toplaşıblar və tüstü bombaları partladıblar.

Etirazlar zamanı azı 8 nəfər ölüb, 50 nəfər yaralanıb.

ABŞ-nin 44-cü prezidenti Barak Obamanın bacısı da etiraz aksiyasının iştirakçıları arasında olub və gözyaşardıcı qazdan xəsarət alıb.