Rusiya Aİ-nin 81 KİV-nə qarşı sanksiya TƏTBİQ EDƏCƏK

 18:42 25.06.2024     234

Rusiya Avropa İttifaqının üç Rusiya KİV-nin yayımını qadağan etmək qərarına cavab olaraq, Avropa İttifaqının 81 KİV-nin yayımını və internet saytlarına girişi məhdudlaşdıracağını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici İşlər Nazirliyinin təqdim etdiyi siyahıda Lüksemburq və Xorvatiya istisna olmaqla, bütün Aİ ölkələrinin nəşrləri, televiziya kanalları və radiostansiyalarının adı çəkilir.

Belə ki, 81 nəşrdən 9-u Fransadan, o cümlədən France-Presse xəbər agentliyi, Le Monde və Liberation qəzetləridir. Siyahıda Almaniyanın Der Spiegel, Die Zeit və Frankfurter Allgemeine Zeitung nəşrlərinin, İspaniyanın El Mundo, El Pais qəzetlərinin, EFE agentliyinin, İtaliyanın La Stampa və La Repubblica qəzetlərinin adı çəkilir.