Avropa Şurasının yeni baş katibi MƏLUM OLDU

 22:04 25.06.2024     245

İsveçrənin keçmiş prezidenti Alen Berset Avropa Şurasının yeni Baş katibi seçilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Berse xorvatiyalı siyasətçi Mariya Peyçinoviç Buriçi əvəz edəcək.

Agentliyin məlumatına görə, yeni baş katibin mandatı sentyabrın 18-dən başlayacaq.

Qeyd olunur ki, siyasətçi 2023-cü il yanvarın 1-dən dekabrın 31-dək İsveçrənin prezidenti vəzifəsini icra edib.

Sultan AYXAN