Bill Qeyts Trampın hakimiyyətə gəlməsindən DANIŞDI
"Donald Tramp ABŞ prezidenti seçilərsə, ölkə daha çox dəyişikliklərlə üzləşəcək və biznes mühiti ciddi qeyri-müəyyənliklə üzləşəcək".
Redaktor.az xəbər verir ki, bu fikri milyarder və "Microsoft" korporasiyasının təsisçisi Bill Qeyts "Bloomberg"ə müsahibəsində bildirib.
"ABŞ-də vəziyyətin mümkün dəyişikliklərini proqnozlaşdırmaq çətindir", - o bildirib.
Qeyd edək ki, ABŞ-də seçkilər noyabrın 5-də keçiriləcək. Tramp artıq dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürmək üçün lazımi sayda nümayəndə səsini toplayıb.
Yusif EYVAZLI