Dövlət Departamentinin bəyanatı həyasızlıq və axmaqlıqdır - Zaxarova

 09:50 26.06.2024     146

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Millerin bir sıra Avropa mediasının Rusiya ərazisində bloklanmasını tənqid edən bəyanatını təkəbbür və axmaqlıq adlandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə o, yerli mediaya açıqlamasında qeyd edib.

Diplomat xatırladıb ki, bloklama Avropa Birliyində bir sıra Rusiya KİV-lərinin yayımına qadağa qoyulduqdan sonra cavab tədbiri olub.

“Ancaq Dövlət Departamenti yenə də hər şeydə Rusiyanı günahlandırır”, - deyə  Zaxarova bildirib.

Xatırladaq ki, Rusiyanın RİA Novosti, Rossiyskaya Qazeta və İzvestiya kimi media subyektinə öz ərazisində hər hansı yayım fəaliyyətini qadağan edib.

Buna cavab olaraq  Rusiya  həmçinin Avropa mediasının xüsusi hərbi əməliyyatın gedişi haqqında sistemli şəkildə yalan məlumat yayan yayımını qadağa qoyub.

Sultan AYXAN