BMT Təhlükəsizlik Şurası Dağıstanda törədilən terror aktlarını pislədi
BMT Təhlükəsizlik Şurası (TŞ) Dağıstanda törədilən terror aktlarını kəskin şəkildə pisləyib.
Redaktor.az-ın məlumatına görə, bu barədə BMT Təhlükəsizlik Şurasının mətbuata yaydığı bəyanatda deyilir.
“BMT Təhlükəsizlik Şurasının üzvləri iyunun 24-də Dağıstanda törədilən iyrənc və qorxaq terror aktını qəti şəkildə pisləyiblər”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib.