İstanbulda yaşayış binası uçdu

 09:00 27.06.2024     312

Türkiyənin İstanbul şəhərində 4 mərtəbəli bina qismən uçub.

Redaktor.az NTV telekanalına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında İstanbulun Avropa hissəsində, Bahçelievler səmtində baş verib.

Dağıntıların altında insanların ola biləcəyi ehtimal edilir. Hadisə yerinə təcili yardım və xilasetmə xidmətləri cəlb edilib.