İranın vitse-prezidenti seçkidən geri çəkildi

 09:09 27.06.2024     245

İranın vitse-prezidenti Əmirhüseyn Qazizadə Haşimi prezident seçkilərində namizədliyini geri götürdüyünü açıqlayıb.

Redaktor.az xəbər verir ki, siyasətçi müvafiq bəyanatı “X” hesabında paylaşıb.

Qazizadə Haşiminin sözlərinə görə, indi onun vəzifəsi ölkənin maraqlarını qorumaqdır.

O, bəyanatının sonunda İran xalqına, onun tərəfdarlarına, seçki qərargahının üzvlərinə də təşəkkür edib.

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb. Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.