Macarıstan ABŞ-nin antisemitizm ittihamlarını rədd edir

 11:15 27.06.2024     231

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Sijarto Dövlət Departamentinin dünyada dini azadlıqlarla bağlı illik hesabatında ölkəsinə qarşı irəli sürülən ittihamları rədd edib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, sənədi Vaşinqtonda dövlət katibi Antoni Blinken təqdim edib.

“Həmkarım Antoni Blinken indicə ölkəmizi dini etiqad azadlığı ilə bağlı tənqid etdi və dedi ki, “məmurlar” antisemit ritorikadan istifadə edirlər. Son vaxtlar universitet şəhərciyində iğtişaşlar kəskin şəkildə artıb. İsrail milli futbol komandası və klub komandaları burada özlərini təhlükəsiz hiss etdikləri üçün növbəti mövsümdə yenidən Macarıstanda oyunlarını keçirəcəklər”, – Xarici İşlər Nazirliyinin rəhbəri Facebook-da yazıb.

Yusif EYVAZLI