Bu hal dünya müharibəsinə doğru həlledici addımdır - Medvedevdən AÇIQLAMA

 19:04 27.06.2024     175

Dövlətlərin və məmurların immunitetlərinin tanınmaması bəzi hallarda dünya müharibəsinə doğru bir addımdır.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun plenar iclasında deyib.

“İmmunitetlərə gəlincə, burada artıq bu mövzu qaldırılıb və mən qısaca deyim ki, dövlət immunitetinin, o cümlədən mülkiyyət toxunulmazlığının, məmurların toxunulmazlığının tanınmaması, bu, müharibəyə və bəzi hallarda hətta dünya müharibəsinə başlamaq üçün ən həlledici addımdır", - deyə o, Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimova qarşı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbs qərarı ilə bağlı vəziyyəti şərh edərkən bildirib.

Yusif EYVAZLI