Şəxsi təyyarəsi ilə keçmiş arvadının toyuna getdi

 21:04 27.06.2024     277

Dünyanın ən varlı adamı olan İlon Mask iki dəfə evlənib boşandığı britaniyalı aktrisa Talulah Raylinin toyunda iştirak edib.

Redaktor.az xəbər verir ki, Mask Raylinin britaniyalı aktyor Thomas Brodie-Sangster ilə İngiltərədə keçirilən toyuna öz şəxsi təyyarəsi ilə gedib. 

11 uşaq atası olan Mask keçən il  X-də cütlüyün nişan elanına təbrik mesajı göndərib. 

Mask və Rayli ilk dəfə 2010-cu ildə evlənib və 2012-ci ildə boşanıb,daha sonra 2013-cü ildə yenidən evlənib və 2016-cı ildə boşanıblar.

Keçmiş cütlüyün uşaqları yoxdur.