Gürcüstan parlamentində sarı təhlükəsizlik səviyyəsi

 09:35 28.06.2024     146

Gürcüstan parlamenti sarı təhlükəsizlik səviyyəsinə keçdi.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan parlamenti məlumat yayıb.

Məlumata görə, sarı təhlükəsizlik səviyyəsi o deməkdir ki, deputatların və əməkdaşların təhlükəsizliyini qorumaq üçün binaya giriş məhdudlaşdırılacaq. Məhdudiyyət təkcə televiziya şirkətlərinin akkreditə olunmuş jurnalistlərini əhatə etməyəcək, eyni zamanda bir yayımçıdan maksimum üç qrup binaya daxil ola biləcək.

Qeyd edək ki, bu gün plenar iclasda baş nazir İrakli Kobaxidze illik hesabatı təqdim edəcək.