Bayden debatlara son verdi

 10:23 28.06.2024     194

ABŞ prezidenti Co Bayden debat nitqində ölkənin gələcəyi ilə bağlı müsbət və qalib baxışı təqdim edib.

Redaktor.az “CNN”ə istinadla xəbər verir ki, bunu Demokratlar Partiyasının namizədinin seçki kampaniyasının sədri Cen O'Malli Dillon bildirib .

Dillon çıxışı zamanı bunları qeyd edib:

“Bu gün Prezident Bayden Amerikanın gələcəyi ilə bağlı müsbət bir baxış təqdim etdi. Hansı ki, bu imkan hər bir amerikalının arzusuna çatmaq üçün bərabər şansa malik olduğu, hamının hüquqlarının qorunduğu və ölkə liderlərinin demokratiyanı gücləndirmək üçün mübarizə apardığı bir baxış!”.

Eyni zamanda, o, keçmiş Amerika lideri Donald Trampı ölkənin gələcəyi ilə bağlı qaranlıq baxışına görə tənqid edib. Onun fikrincə, əgər Tramp yenidən Ağ Evə gələrsə, ABŞ çətin günlərlə üz-üzə qalacaq.

Yusif SƏMƏDZADƏ