Çexiya və Ukrayna təhlükəsizlik sazişi imzalayacaq

 16:26 28.06.2024     219

Çexiya iyulun 18-də Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Petr Fiala məlumat verib.

ÇTK agentliyi mənbələrinə istinadən xəbər verib ki, Çexiya hətta Vaşinqtonda keçiriləcək NATO sammitindən əvvəl (9-11 iyul) Ukrayna ilə təhlükəsizlik sazişi imzalamağı planlaşdırır. Çexiya nümayəndələri bunu ABŞ-nin paytaxtında rəsmən elan etmək istəyirlər.

Hazırda sazişin mətninin yekunlaşdırıldığı, Ukrayna tərəfi ilə fikir mübadiləsinin davam etdiyi bildirilir.

Kiyev hazırda 19 belə ikitərəfli saziş bağlayıb və yaxın aylarda daha bir neçəsini imzalamağı planlaşdırır.