İranda sabiq Baş nazir səsvermədə iştirakdan imtina etdi

 16:35 28.06.2024     170

İranın keçmiş Baş naziri, hazırda ev dustağı Mirhüseyn Musəvi və həyat yoldaşı Zəhra Rahnavard prezident seçkisində səsvermədə iştirakdan imtina ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Mirhüseyn Musəvinin qızı Nərgiz Musəvi instaqram səhifəsində yazıb.

Onun sözlərinə görə, məmurlar səsvermə üçün onların evinə seçki qutusu aparıb. Musəvi və xanımı səsvermədən imtina edib.

Qeyd edək ki, Mirhüseyn Musəvi 2009-cu il prezident seçkisində islahatçıların namizədi və Yaşıllar hərəkatının lideri olub. Həmin il seçkinin nəticələrinin Mahmud Əhmədinejatın xeyirinə saxtalaşdırılıdığını iddia edərək etiraz aksiyası keçirib.