Yapon dənizinin dibindən su pərisi çıxarıldı

 17:29 28.06.2024     158

Rusiyanın Vladivostok şəhərinin sakinləri Yapon dənizinin dibindən su pərisi çıxarıblar.

Redaktor.az “lenta.ru”ya istinadla xəbər verir ki, sözügedən şəhərin İdman Limanı ərazisində dənizin dibindən qeyri-adi sənət obyekti - vaxtilə şəhər sahilinin bir hissəsini bəzəyən su pərisini götürüblər.

İddia olunur ki, “Concrete Jungle” şirkəti heykəlin çıxarılma prosesində bütün lazımi avadanlıqları təmin edib.

Eləcə də, unikal sənət obyektinin qənaətbəxş vəziyyətdə olduğu qeyd edilir. Eyni zamanda, postament hələ də dənizdə qalmaqdadır. Gələcəkdə su pərisini təmizləmək və bərpa etmək istəyirlər. Hazırda heykəlin Sergey Lazo adına parkda yerləşdirilməsi üçün imkanların nəzərdən keçirildiyi bildirilir. 

Yusif SƏMƏDZADƏ