Ukraynadakı F-16-lar üçün təlimlər başa çatdı

 19:34 28.06.2024     160

“F-16 üzrə Ukrayna Silahlı Qüvvələrinin 50 texnikinə keçirilən təlimləri artıq başa vurduq”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Danimarka Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yan Dahm yerli telekanallara müsahibəsi zamanı qeyd edib.

Onun sözlərinə görə, təlim görənlərin əksəriyyəti döyüş bölgəsindıki əsgərləri hazırlamaq məqsədi ilə Ukraynaya geri döndü və növbəti 50 nəfər texnikin təliminə yaydan sonra başlanılacaq.

Dahm həmçinin ukraynalıları daha realist olmağa çağırıb və ötürülən “F-16”ların təsirini görnək üçün uzun zaman lazım olacağını qeyd edib. 

Yusif SƏMƏDZADƏ