Amerika şirkəti İsveçdəki kosmodromdan raket buraxacaq

 19:46 28.06.2024     201

"Firefly Aerospace" öz "Alpha" raketlərini İsveçdən buraxacaq.

Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə "SpaceNews" məlumat yayıb.

"Alpha"nın buraxılması ilə bağlı müqavilə "Firefly Aerospace" və İsveç Kosmik Korporasiyası tərəfindən imzalanıb. 

Bundan əvvəl nəşr xəbər vermişdi ki, “Firefly” “Alpha” raketlərini Florida ştatındakı Kanaveral burnunda yerləşən obyektdən deyil, ABŞ-nin Virciniya ştatındakı "Wallops" Kosmik Mərkəzindən buraxmağı planlaşdırır. 

Yusif EYVAZLI