Ukraynaya 3 "Patriot" sistemi verildi

 20:14 28.06.2024     140

“Ukrayna Qərb tərəfdaşlarından üç yeni "Patriot" sistemi alacaq”.

Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmiqal öz “Telegram” kanalında məluma yayıb.

Belə ki, baş nazir Almaniya, Rumıniya və Hollandiyanın ölkəyə üç yeni “Patriot” zenit-raket kompleksi təhvil verdiyini açıqlayıb:

“Rumıniya bizi “Patriot” sistemi ilə təmin edəcək. Almaniya isə “Patriot” sistemini, həmçinin IRIS-T və “Gepard”ı hədiyyə edəcək. Eləcə də, Hollandiya və tərəfdaşları da Ukrayna üçün daha bir “Patriot” sistemi hazırlayır”.

O həmçinin əlavə edib ki, Norveç, Niderland, Danimarka və Almaniya digərləri ilə də ehtiyat sistemləri üçün əlavə raket avadanlıqları təşkil edəcəklər.

Yusif SƏMƏDZADƏ