Baydenin Putin ilə danışıqlar aparmaq gücü şübhəlidir - İDDİA

 20:34 28.06.2024     172

“Bayden Putin ilə danışıqlar aparmaq iqtidarında deyil”.

Redaktor.az xəbər verir ki, bunu  Ağ Evin sabiq mətbuatı katibi Keyley Makenani "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Sabiq katib öz yazısında ABŞ xalqını hazırkı teledebatları izləməyə çağırıb və yazısında bu sözləri əlavə edib:

İndi isə Baydenin Putin və ya Si Cinpin ilə telefonda danışdığını təsəvvür etməyə çalışın".

Qeyd edək ki, bundan öncə isə Prezident Co Baydenin teledebatdakı uğursuz çıxışı “Demokratlar” Partiyasını dərin panikaya saldığı bildirilir.

Yusif SƏMƏDZADƏ